Xüsusi sinir hüceyrələri çəki itkisinə təsir edir
26.05.2025 09:44

“Semaglutid” artıq piylənmə və şəkərli diabetin müalicəsində effektivliyi sübut edilmiş GLP-1R agonistləri qrupuna aid dərmandır. Qida qəbulunun və bədən çəkisinin azalmasına səbəb olan bu preparat, eyni zamanda, ürəkbulanma və əzələ itkisi kimi xoşagəlməz əks təsirlərə də səbəb ola bilir. Bir qrup tədqiqatçı “semaglutid”in beyindəki konkret təsir mexanizmini araşdıraraq bu dərmanın hansı neyronlar vasitəsilə fəaliyyət göstərdiyini ortaya çıxarıblar.

 

Aztibb.az medicalxpress.com-a istinadla xəbər verir ki, tədqiqat siçanlar üzərində aparılıb. Alimlər dərman tətbiq etmədən “semaglutid”in aktivləşdirdiyi sinir hüceyrələrini süni şəkildə stimullaşdırıblar. Nəticədə bu neyronların aktivləşdirilməsi siçanlarda dərmanla müşahidə edilən qida qəbulunun azalması və çəki itkisi kimi əlamətlərin baş verdiyini göstərib. Əksinə, həmin sinir hüceyrələri zədələndikdə dərmanın iştaha və yağ itkisinə təsiri əhəmiyyətli dərəcədə zəifləyib. Qeyd olunmalıdır ki, bu zaman ürəkbulanma və əzələ itkisi kimi əks təsirlər davam edib.

 

Araşdırma nəticəsində müəyyən edilən sinir hüceyrələri beyində, daha dəqiq desək, beyin sapının dorsal vagal kompleksi adlanan bölgəsində yerləşir. Bu nəticələr yalnız daha hədəflənmiş və təkmilləşdirilmiş müalicə imkanlarının inkişafına töhfə vermir, həm də “semaglutid”in beyindəki fəaliyyət mexanizmləri ilə bağlı fundamental elmi anlayışları genişləndirir.

 

Bu araşdırma “semaglutid” kimi dərmanların neyrobioloji təsirlərinin başa düşülməsi və daha təhlükəsiz və effektiv müalicə strategiyalarının inkişafı istiqamətində mühüm addım hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır