Mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günüdür
25.05.2025 11:33

Hər il mayın 25-i cəmiyyətin diqqətini qalxanabənzər vəzin xəstəliklərinin vaxtında aşkarlanması və inkişafının qarşısının alınmasına cəlb etmək məqsədilə Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

 

Aztibb.az xəbər verir ki, qalxanabənzər vəzi (tiroid vəzi) boyunun ön-orta hissəsində yerləşən, hormon ifraz edən orqandır. Çəkisi 20-30 qr. ağırlığında olub, boyunun orta xəttinin sağ və solunda yerləşən iki lobdan, həmçinin bu lobları birləşdirən “isthmus” adlanan hissədən ibarətdir.

 

Qalxanabənzər vəzinin funksiyasının pozulması zamanı orqanizmdə bir sıra dəyişikliklər müşahidə olunur. Vəzin fəaliyyətinin zəifləməsi (hipotiroidizm) halında çəki artımı, dəridə quruluq, saç tökülməsi, halsızlıq, qəbizlik və yuxululuq kimi əlamətlər meydana çıxır. Əksinə, vəzin funksiyası artdıqda (hipertiroidizm və ya zəhərli zob) isə çəki itkisi, tərləmə, əsəbilik, əllərdə əsmə, ürəkdöyünmənin sürətlənməsi və təngnəfəslik müşahidə oluna bilər. Bu hallar bir çox amillərlə – yod çatışmazlığı, stres, hormonal pozuntular, zərərli vərdişlər, infeksiyalar və genetik faktorlarla əlaqəli ola bilər. Xəstəliklərin vaxtında aşkarlanması üçün hormon analizləri və ultrasəs müayinəsi mütləq şəkildə aparılmalıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır