ÜHST-nin Baş direktoru AQTA-nın nümayəndə heyəti ilə görüşüb
25.05.2025 12:38

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Baş direktoru Emmanuel Subeyran qurumun 92-ci Baş Sessiyasında iştirak edəcək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti ilə görüşüb.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, ÜHST-nin mənzil-qərargahında keçirilən görüşdə AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva ölkəmizdə heyvan sağlamlığı sahəsində görülən tədbirlər haqqında məlumat verib, Azərbaycanda heyvan sağlamlığı və rifahı üçün həyata keçirilən tədbirlərdən danışıblar.

 

Tərəflər ÜHST-nin İcraiyyə Nəzarət Komitəsinin üzvü seçilmiş Azərbaycanın regional komissiyanın vitse-prezidenti seçilməsindən söz açıblar. Ölkəmizin heyvan sağlamlığı və rifahı üçün həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib.

 

Görüşdə qlobal problem olan quduzluğa qarşı Azərbaycanda görülən tədbirlər yüksək qiymətləndirilərək ölkəmizin təcrübəsinin beynəlxalq səviyyədə bölüşdürülməsinin vacibliyi vurğulanıb. Həmçinin, Azərbaycandakı nəzarət və diaqnostika potensialının mövcudluğu, eləcə də ondan istifadə edilməsi xüsusi vurğulanıb.

 

Azərbaycan nümayəndə heyətinin üzvləri təkilflərini təqdim edib və bu təkliflər yüksək qiymətləndirilib. ÜHST-nin yeniliklərə ehtiyacı olduğu qeyd edilib. Regional aktivliyin yüksəldilməsi, ehtiyacların nəzərə alınması kimi təkliflərdə müsbət qarşılanıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır