Ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına gətirilən hemofiliya xəstəsi uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub
25.05.2025 15:59

Erkən yaşlarından Respublika Klinik Xəstəxanasının Hemofiliya Mərkəzində dispanser qeydiyyatında olan Vüsal Məmmədov 04.04.2025-ci il tarixində sol bud-çanaq oynağı səviyyəsindən baldırın aşağı üçdəbir hissəsinə qədər yayılan hematoma diaqnozu ilə ağır vəziyyətdə, hərəkət qabiliyyətini itirmiş halda Hematologiya şöbəsinə hospitalizasiya olunub.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, xəstənin müalicəsi həkim-hematoloq Məhluqə Talıbovanın nəzarəti ilə aparılıb.

 

Pasiyent 22 gün sonra Hematologiya şöbəsinin həkim-hematoloqları Məhluqə Talıbova, Elmira Qədimova, Firəngiz Nəzərli tərəfindən əməliyyata hazırlanıb.

 

26.04.2025-ci il tarixində pasiyentin üzərində tibb müəssisəsinin baş həkimi, professor Sahib Hüseynovun rəhbərliyi və həkim-cərrah Nigar Abdullayevanın iştirakı ilə pasiyentə sol ayağın fleqmonası əməliyyatı icra olunub.

 

Tibb müəssisəsində müalicəsi davam etdirilən Vüsal Məmmədovun sağlamlığı bərpa olunub. Əməliyyatdan bir neçə gün sonra onun hərəkət qabiliyyəti tam şəkildə geri qayıdıb və 20.04.2025-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb.

 

Pasiyent Vüsal Məmmədov göstərilən yüksək tibbi xidmətə görə Sahib Hüseynova, cərrahi xidmətlər üzrə direktor müavini Elçin Mirzəyevə, terpevtik xidmətlər üzrə direktor müavini Mina Adıgözəlovaya, Hematologiya və Ümumi cərrahiyyə şöbələrinin həkim heyətinə və digər əməkdaşlara, eləcə də xəstəxananın direktoru Elviz Qasımova dərin təşəkkürünü bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib