Ağdaş rayonunda növbəti səyyar tibbi müayinə Ərəbocaq ASM bölməsində baş tutub
25.05.2025 17:41

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri Ərəbocaq ASM bölməsində sakinlərin səyyar tibbi müayinələri keçirilib.

 

Bu barədə Aztibb.az-a Ağdaş RMX-dan xəbər verilib.

 

Bildirilib ki, müxtəlif ixtisaslardan olan həkimlərdən ibarət səyyar briqadalar tərəfindən aparılan müayinələrə 3-ü uşaq, 10 nəfəri isə 18 yaşdan yuxarı olmaqla, ümumilikdə 13 nəfər kənd sakini cəlb edilib. Sakinlərə 29 adda tibbi xidmətlər göstərilib.

 

Qeyd edək ki, kəndlərdə keçirilən tibbi müayinələrin məqsədi rayon mərkəzindən kənarda məskunlaşmış əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığını, peyvənddən kənar qalmış uşaqların vaksinasiyasını, qeydiyyatsız hamilələrin aşkarlanmasını, hamilə və yenidoğulmuşların patronajını, əhalinin peyvənd haqqında maarifləndirilməsini, laborator, instrumental müayinələrin keçirilməsini təmin etməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır