Ginekoloq Mehparə Şirinova - Peşəkar həkimlərimizi tanıyaq!
27.05.2025 08:46
Həkim-ginekoloqlar qadın həyatının müxtəlif dövrlərində qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olan dəyərli və peşəkar insanlardır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında təqdim edəcəyimiz həmin peşəkar insanlardan biri də Kəpəz Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-ginekoloq Mehparə Şirinovadır.
 
Şirinova Mehparə İqris qızı 5 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə profilaktika fakültəsində təhsil alıb. 2003-2004-cü illərdə internatura kursu keçən həkim 2004-cü ildən Kəlbəcər şəhər Mərkəzi Xəstəxanasında həkim terapevt kimi fəaliyyət göstərməyə başlayıb.
 
O, 2007-ci ildə Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçərək mama-ginekoloq ixtisasına yiyələnib və 2008-ci ildən fəaliyyətini həkim mama-ginekoloq olaraq davam etdirib. 2015-ci ildə Gəncə şəhər 2 nömrəli Qadın Məsləhətxanasında çalışmağa başlayıb. Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan kimi Kəpəz Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-ginekoloq kimi fəaliyyət göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır