40 il təcili tibbi yardım sahəsinə həsr olunmuş ömür…
23.05.2025 11:17

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Xətai TTTYS bölməsinin təcrübəli həkimi, Şəhriyar Məhərrəmov Əşrəf oğlu uzunmüddətli, qüsursuz və səmərəli fəaliyyəti, eləcə də 65 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilib.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, Şəhriyar həkim təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə də nüfuz qazanmış mütəxəssisdir. O, Böyük Britaniya Dəniz Assosiasiyalarının Azərbaycandakı – Bibiheybətdə yerləşən BP (British Petroleum) platformasında ekspert həkim kimi fəaliyyət göstərib. Bu müddət ərzində o, yüksək peşəkarlığı və dəqiqliyi ilə həm beynəlxalq, həm də yerli kollektivin etimadını qazanıb.

 

Beynəlxalq təcrübəsi ilə yanaşı, Şəhriyar həkim Böyük Britaniyadan iki, Bakıda isə altı sertifikat əldə edib. Hər zaman öz üzərində çalışan, bilik və bacarıqlarını inkişaf etdirən bu dəyərli həkim həm də gənc nəslə örnəkdir.

Tibbi biliklərini daim təkmilləşdirən, fövqəladə hallarda soyuqqanlı qərarları ilə həmkarlarının və xəstələrinin rəğbətini qazanan həkim artıq iki dəfə Fəxri Fərmanla təltif olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub