Qəbələ RMX-da ağır cərrahi əməliyyat uğurla başa çatıb
23.05.2025 10:40

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 66 yaşlı pasiyent üzərində dupuytren kontrakturası (əl pəncəsi vətərlərinin ağrısız çapıqlaşma və qısalması) diaqnozu ilə qapalı perkutan dupuytren kontrakturasının ləğvi fasiyotomiya əməliyyatı uğurla icra edilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, bu xəstəlikdən 20 il əziyyət çəkən 66 yaşlı şəxs (kişi cinsli) üzərində aparılan əməliyyat uğurla başa çatıb.

 

Əməliyyatdan sonra xəstəyə lazımi tibbi xidmət göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən o, ambulator müalicə üçün evə buraxılıb.

 

Sözügedən əməliyyat həkim-travmatoloq-ortoped Azər İlyasov tərəfindən həyata keçirilib.

 

Qeyd edək ki, TƏBİB regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, xəstəxanaların müasir texnoloji avadanlıqlarla təchiz edilməsi və müxtəlif cərrahi əməliyyatların icrası üçün zəruri şəraitin yaradılması istiqamətində tədbirləri davam etdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır