TƏBİB: Aprel ayında vətəndaşlara 9 milyona yaxın tibbi xidmət göstərilib  
22.05.2025 11:08

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin aprel ayı ərzində ümumilikdə 2 milyon 464 min 844 müraciət qeydə alınıb. Bunlardan 48 min 114-ü stasionar, 2 milyon 416 min 730-u ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 14 faiz artım qeydə alınıb.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, aprel ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, aprel ayı ərzində 8 milyon 815 min 400 (1 milyon 27 min 233 stasionar, 7 milyon 788 min 167 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb.

 

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Aprel ayı ərzində 3 milyon 765 min 965 sayda laborator müayinələr aparılıb ki, onların da 505 min 42-si stasionar, 3 milyon 260 min 923-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 27 faiz artım qeydə alınıb.

 

Ay ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 33 min 937 (31 min 397 stasionar, 2 min 540 ambulator olmaqla) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 1 faiz artım qeydə alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib