Bizi yıxılmağa qoymayan həkim - MƏQALƏ  
22.05.2025 10:46

Bizi həyata Ulu yaradan gətirib, olumdan ölümə taleyimizi də Uca Tanrı yazıb.  Bizə verilən ömrü həkimlər qoruyur. Bu baxımdan həkimlik, sadəcə, bir peşə deyil, İlahinin ən yaxın yardımçısı olmaqdır. Tək Alahımız alın yazımızın yarımçıq pozulmamasını həkimlərə həvalə edib.

 

Elə biz özümüz də ən qiymətli sərvətimiz olan həyatımızı “ağ xalatlı şəfqət mələkləri”nə etibar etmişik. Son ümid qapısı saydığımız tibb işçiləri həyat keşikçiləri kimi ömrümüzə xoşbəxtlik, ahəng qatıblar. Buna görə də həmişə həkimlər seçiliblər, seviliblər. Onlara ən böyük hədiyyəmiz minnətdarlığımız, dualarımız olub. Müdriklərin dediyi kimi, həkimlər öz xoşbəxtliklərini başqalarına qazandırdıqları xoşbəxtlikdə tapırlar. Bu, onların xoşbəxtlər xoşbəxti olması deməkdir.

 

Taleyinə belə müqəddəs missiya düşmüş, alnına belə bir xoşbəxtlik yazılmış tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının travmatologiya və ortopediya şöbəsinin rəisi Ramin Rzayev həkim kimi müqəddəs amallar uğrunda yorulmadan mübarizə apara-apara özü müqəddəsləşdi. İllərdən bəri dayaq-hərəkət problemi olan insanları ayağa qaldırıb onları fəal həyata qoşmaqla xalqımıza layiqli xidmət göstərmiş bu təbib fəaliyyəti ilə həkimlik peşəsinə şərəf gətirib. Bu yerdə antik dövrün bir hikmətli pritçası yada düşür. Kral Dionis Aristoteldən soruşur ki, görəsən, niyə hər gün filosoflar hökmdarların ziyarətinə gedir, heç bir hökmdar yerindən qalxıb bir filosofun ziyarətinə getmir? Aristotel suala özünəməxsus, dahiyanə cavab verir: “Yataqdan qalxa bilməyən xəstələrin yanına həkimlər özləri gedərlər. Belə xəstələrin isə onların yanına getməsi mümkün deyil!”.

 

Hökmdarı yataq xəstəsinə bənzədən Aristotel bu müqayisədə həkimləri filosoflara bərabər tutur. Bu hikmətə söykənsək, həkimliyin fəlsəfəsi Tanrının verdiyi ömrün qorunmasındadırsa, həkimin filosofluğu belə bir ilahi missiyaya qulluq etməsindədir. Həkimlər bənimizin və ruhumuzun sirlərini bilən, onun fəsadlarını incələyib aradan qaldıran hikmət sahibləridir.

 

Amma Ramin Rzayev təbabətin insanı ayaqda saxlayan, yıxılmağa qoymayan sahəsinin hikmətlərini, sirlərini dərindən bilib xəstəliklərə əlac edən, xəstələrə nicat verən bir travmatoloq-həkimdir. Ağrıdan taqətsiz hala düşən qamətimizi yenidən dikəltmək, yerişimizi bərpa etmək kimi mürəkkəb əməliyyatları icra etməklə yıxılan xəstələri ayağa qaldırır, onlara həyat eşqi bəxş edir. İllərdən bəri xalqımızın sağlamlığının keşiyində ləyaqətlə dayanan Ramin Rzayev xəstələrə təkcə şəfa deyil, eyni zamanda inam da verir. Yüksək tibb təhsili və zəngin iş təcrübəsi olan Ramin həkim ölkəmizin ən yaxşı həkim-cərrahlarından biri kimi tanıdır.

 

O əvvəlcə Azərbaycan Tibb Universitetini bitirib, sonra akademik İ.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinin internatura, ordinatura və aspirantura pilləsini uğurla başa vurub. Bir müddət Sankt-Peterburqda Canelidze adına Təcili Yardım Elmi Tədqiqat İnstitutunun travmatologiya-ortopediya bölməsində çalışıb. 2011-ci ildən isə Vətənə dəvət alaraq Mərkəzi Gömrük Hospitalında həkim travmatoloq-ortoped kimi fəaliyyət göstərir. Hazırda travmatologiya şöbəsinin rəisidir. Ramin həkim Rusiya Federasiyası Dövlət İxtiraçılar reyestrində qeydiyyatdan keçmiş “Eksternal osteosintez zamanı sümüyün xarici fiksasiya aparatına birləşdirmə üsulu” adlı 2354320 saylı və “Çanağın ön və arxa şöbələrinin bütövlüyünün pozulması ilə müşayiət olunan zədələnmələrinin müalicə üsulu” adlı 2364359 saylı patentlərin həmmüəllifidir. O, “Travmatik şokla müşayiət olunan xəstələrdə həlqəsinin tamlığı pozulmuş çanağın zədələnmələrinin müasir üsullarla müalicəsi” mövzusunda elmi işinə görə də 2 patent almışdır. Mütəxəssislər bu uğuru tibb elminin bu sahəsində hadisə kimi qiymətləndiriblər.

 

Peşəkar həkim olan Ramin Rzayev həm də vətənpərvər, xeyirxah, humanist bir insandır. O, dünyanın şöhrətli xəstəxanalarında işləməyi deyil, ölkəmizdə çalışmağı üstün tutub və fəaliyyətini Vətəndə davam etdirir. Ölkəmizdə tibbin travmatologiya-ortopediya sahəsinin inkişafında onun elmi və təcrübi fəaliyyəti yüksək nəticələrlə müşayiət olunur. Bilik və bacarığı ilə cəmiyyətimiz üçün faydalı olan və sağlam həyat naminə yorulmadan çalışan Ramin Rzayevin həkim, vətəndaş kimi fəaliyyəti gənc tibb işçiləri üçün örnəkdir. Tanınmış travmatoloq-cərrahın elmi nailiyyətləri və milli səhiyyəmizin inkişafındakı sanballı xidmətləri onu tanıyanlarda hədsiz rəğbət doğurur, bu insana hörmət qazandırır. Ramin həkimin parlaq istedadı, yüksək insani keyfiyyətləri, müqəddəs fəaliyyəti şəfa verib həyata qaytardığı çoxsaylı insanda heyranlıq yaradır. Əminəm ki, Ramin həkimin bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşaiyət olunacaq.

 

Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir