Ailə Sağlamlıq Mərkəzlərinin tibbi heyəti üçün maarifləndirici təlim keçirilib
22.05.2025 11:11

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq səhiyyə sistemində aparılan islahatlar çərçivəsində Ailə Sağlamlıq Mərkəzlərində çalışan tibbi heyət üçün növbəti maarifləndirici təlim təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Təlimin əsas məqsədi imtiyazlı dərman preparatlarının paylanması ilə bağlı qanunvericiliyin tələbləri, vətəndaşlarla ünsiyyət mədəniyyəti və bu sahədə tibbi personalın peşəkar bilik və bacarıqlarının artırılması olub.

 

Tədbir zamanı iştirakçılara mövzu ilə bağlı geniş məlumat verilib, praktik nümunələr və mövcud hüquqi çərçivə izah olunub.

 

Təlimdə həkim-endokrinoloq Aysel Dünyamalıyeva çıxış edərək, imtiyazlı dərman vasitələrinin düzgün və şəffaf şəkildə paylanma qaydaları, eləcə də pasiyentlərlə səmərəli ünsiyyətin qurulması istiqamətində vacib tövsiyələr verib.

 

Maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

 

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Beyləqanın Aşağı Çəmənli kənd sakinləri üçün səyyar tibbi müayinə təşkil olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Eyni gündə 3 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib   
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Türkiyənin yerli istehsalı olan süni ürək-ağciyər aparatı tətbiq edildi - 57 xəstədə uğurlu nəticə
Uroloq noutbukun gələcək atalar üçün əsas təhlükəsini açıqlayıb
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Autizmli qadınlarda menopauza əlamətləri narahatlıq və depressiv əlamətlərlə daha qabarıq müşahidə edilir - Araşdırma