ATU-nun müəllimi Lahor Universitetində mühazirə oxuyub
22.05.2025 16:08

Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti Kəmalə Bədəlova Pakistanın Lahor Univesiteti Əczaçılıq fakültəsinin tələbələri üçün mühazirə oxuyub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, o, Lahor Universitetinin 4-cü kurs tələbələri üçün Tibbi kimya, Ədliyyə əczaçılığı və kliniki toksikologiya mövzularında çıxış edib.

 

Mühazirələr zamanı Tibbi kimya mövzusu üzrə tibbi kimyaçı,  üzvi birləşmələrin quruluşu və biloji fəallıqları arasında əlaqə, üzvi dərman maddələrinin sintezi yolu, rasional dərman dizaynının müasir konsepsiyası, kombinator kimya, kompüter dəstəkli dərman dizaynı (CADD), in siliko üsulları haqqında məlumat verilib. Ədliyyə əczaçılığı və kliniki toksikologiya mövzuları üzrə yerli qanunvericilik və əczaçılıq peşəsi,  zəhərlənmənin müalicəsində əczaçının rolu, zəhərlərə nəzarət mərkəzinin rolu və statusu, antidotlar və onların təsir mexanizmi, kimyəvi-məhkəmə ekspertizada istifadə edilən kimyəvi, fiziki-kimyəvi müasir analiz üsulları barəsində ətraflı danışılıb.

 

Bundan əlavə, ATU-nun əməkdaşı Kəmalə Bədəlova Lahor Universitetinin İmperator Əczaçılıq Cəmiyyəti (UOL-IPS) tərəfindən təşkil edilən “Hormonların mürəkkəb dünyasına yönəlmiş” mövzusundakı vebinarda qonaq məruzəçi qismində iştirak edib. UOL-IPS Əczaçılıq Fakültəsinin dekanı prof. Khalid Hussainin və Əczaçılıq Departamenti müdiri Dr. Kashif Barkatın rəhbərliyi ilə baş tutan vebinar əczaçılıq tələbələrini və peşəkarlarının geniş auditoriyasını cəlb edib, qlobal akademik əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıb.

 

Qeyd edək ki, Əczaçılıq toksikologiyası və kimya kafedrasının assistenti Kəmalə Bədəlova müqavilə əsasında Lahor Universitetinin ştatdan kənar müəllimidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub