ATU-nun əməkdaşları Türkiyədə konqresdə iştirak ediblər
22.05.2025 10:00

İstanbulda  6-cı Otologiya və Audiologiya konqresi keçirilib. İstanbul Yeni Yüzyıl Universitetinin dəstəyi ilə baş tutan tədbirdə Türkiyə, Azərbaycan, Yunanıstan və Niderlanddan olan ekspertlər iştirak ediblər.

 

Tədbir çərçivəsində otologiya və audiologiya mövzusunda bir sıra panellər və kurslar təşkil olunub. 

 

Bu nüfuzlu tədbirdə Azərbaycan Tibb Universitetini (ATU) Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian və həmin kafedranın dosenti Sara Ağalar təmsil ediblər.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, konqresə məruzəçi qismində qatılan professor Vəfa Pənahian Orta qulaq cərrahiyyəsi mövzusuna həsr edilmiş paneldə çıxış edib.

 

Dünya miqyaslı alim, professor Dr. Elefterios Ferekidisin də qatıldığı  bu sessiyanın sonunda ATU əməkdaşları aktiv iştiraka görə təltif olunublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır