Britaniyada beyin şişlərini bir neçə saata müəyyən edən yeni test hazırlanıb  
21.05.2025 17:58

Böyük Britaniyada tədqiqatçılar beyin şişlərinin növünü həftələrlə gözləmədən, cəmi bir neçə saat ərzində müəyyən etməyə imkan verən yeni test üsulu hazırlayıblar.

 

Aztibb.az “BBC”yə istinadla xəbər verir ki, metod Nottingem Universitetinin alimləri tərəfindən hazırlanıb. Cərrahlar bu ultrasürətli genetik test metodunu yenilik adlandırıb. Bildirilib ki, bununla da, minlərlə xəstə üçün müalicə keyfiyyəti və nəticələri yaxşılaşacaq. Yeni yanaşma artıq 50-dən çox əməliyyatda sınaqdan keçirilib və şişin növünü müəyyən etməkdə 100 faizlik uğur əldə olunub.

 

Hazırda 100-dən çox beyin şişi növü mövcuddur və onların hər birinin düzgün diaqnozu xəstəyə uyğun müalicə strategiyasının seçilməsi baxımından həyati əhəmiyyət daşıyır. Tədqiqat Britaniyanın digər xəstəxanalarında da maraq doğurub. Bəzi xəstəxanalar bu metodu öz mövcud test proqramlarına əlavə edərək səmərəliliyini daha geniş şəkildə qiymətləndirməyə başlayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib