ATU-da DAAD təqaüd proqramları haqqında məlumatlandırma görüşü keçirilib  
21.05.2025 15:02

Azərbaycan Tibb Universitetində Alman Akademik Mübadilə Xidməti – DAAD-ın təqaüd proqramlarına həsr olunmuş məlumatlandırma görüşü keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, DAAD proqramının ATU üzrə əlaqələndiricisi (koordinatoru), Patoloji fiziologiya kafedrasının dosenti Sevinc Pənahova çıxış edərək, DAAD-ın Tbilisi regional ofisinin rəhbəri cənab Gebhard Reul və regional koordinator Sevər Qarayevanı təqdim edib və mübadilə proqramlarının beynəlxalq elmi tədqiqatların aparılmasında əhəmiyyətini vurğulayıb.

 

Tədbir zamanı Gebhard Reul və Sevər Qarayeva Almaniya təhsil sistemindən və tədqiqat imkanlarından, 100-illik tarixi olan DAAD-ın inkişaf yolundan danışıblar. Proqramda iştirak etmək üçün qaydalar, şərtlər, seçimin aparılması, müraciətlərin vaxtı (deadline), dil biliklərinə dair tələblər ətraflı izah olunub.

 

Qeyd olunub ki, Almaniyada 2,9 milyon tələbə var, onlardan 375000-i əcnəbi tələbələrdir. Almaniya əcnəbi tələbələr üçün təhsil almaq imkanlarına görə dünyada ilk beş ölkə arasındadır.

 

Çıxışlardan sonra sual-cavab sessiyası keçirilib və mövzu ətrafında müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır