Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
21.05.2025 12:22

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, uroloq cərrah Nəsirov Pərviz Rafiq oğlu tibb müəssisəsində fəaliyyətə başlayıb.

 

O, 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb. 1994-1995-ci illərdə Akademik M.Cavadzədə adına Respublika Uroloji Klinik Xəstəxasında internatura keçərək, uroloq ixtisasına yiyələnib.

 

P.Nəsirov 1997-2000-ci illlərdə Müdafiə Nazirliyinin cəbhəyanı hərbi səhra xəstəxanasında baş ordinator cərrah işləyib, tibb xidməti kapitanı rütbəsinə kimi hərbi xidmətdə olub. 2001-2007-ci illərdə ümumi cərrahiyyə və urologiyada olan təcrübəsini Səudiyyə Ərəbistanı Krallığının Səhiyyə Nazirliyinin dəvəti ilə davam etdirib. Bu müddət ərzində təxirəsalınmaz təbabət, cərrahiyyə aid Amerika İntensiv Terapiya Cəmiyyəti, İngiltərə və Şotlandiya Cərrahlar Kolleci tərəfindən təşkil olunmuş müxtəlif kurslar və təlimlərdə iştirak edib.

 

2006-ci ildə Səudiyyə Ərəbistanın Krallığı Səhiyyə Nazirliyində ixtisas imtahanını verərək, uzman cərrah sertifikatı ilə təltif olunub. 2007-ci ildə Azərbaycana qayıtdıqdan sonra bir sıra xəstəxanalarda uroloq cərrah kimi işləmişdir.

 

Azərbaycanda və xaricdə 20 dən çox məqaləsi dərc olunmuşub. O, Amerika, Avropa və Rusiya Uroloqlar Cəmiyyətlərinin həqiqi üzvidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır