Diabetin yeni növü rəsmi olaraq tanınıb
20.05.2025 17:43

Qidalanma ilə əlaqəli diabet növü olan '5-ci tip diabet' Beynəlxalq Diabet Federasiyası tərəfindən rəsmi olaraq tanınıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, mütəxəssislər 5-ci tip diabetin uşaqlıqda yaşanan qida çatışmazlığı səbəbindən mədəaltı vəzinin yetərincə inkişaf etməməsi nəticəsində meydana gəldiyini bildiriblər.

 

Bu vəziyyət bədənin kifayət qədər insulin istehsal etməməsinə səbəb olur. Mütəxəssislər deyirlər ki, bu tip diabet tez-tez səhv diaqnoz qoyulur və çox vaxt 1-ci və ya 2-ci tip diabet kimi qiymətləndirilir. Bununla belə, klassik diabet növlərindən fərqli olaraq, tip 5 diabet aşağı dozalı insulin və ya oral dərmanlarla müalicə edilə bilər. Bu xəstələrdə yüksək dozada insulinin qəbulunun qan şəkərinin ciddi şəkildə aşağı düşməsinə səbəb ola biləcəyi vurğulanır.

 

Daha əvvəl 1955-ci ildə təsvir edilən və 1985-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müvəqqəti olaraq qəbul edilən bu xəstəlik 1999-cu ildə təsnifatdan çıxarılıb. Ancaq son araşdırmalarla xəstəliyin fərqli bir diabet növü olduğu aydın olub. Yeni tərifin dünyada 20-25 milyon insanı əhatə edən bu xəstəliyin daha dəqiq diaqnozu və uyğun müalicə üsullarına kömək edəcəyi gözlənilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır