Yevlax RMX-da Avastin inyeksiyasının icrasına başlanılıb
19.05.2025 14:28

Tibb müəssisələrində göz xəstəliklərinin müayinə və müalicəsinin inkişafı istiqamətində tədbirlərin görülməsi davam etdirilir.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, Yevlax Rayon Mərkəzi Xəstəxanasında gözdə, əsasən, şəkərli diabet xəstəliyi ilə əlaqəli yaranan problemlərin müalicəsində istifadə edilən Avastin inyeksiyasının icrasına başlanılıb.

 

Avastin inyeksiyası, xüsusilə diabetik retinopatiya, yaşa bağlı makula degenerasiyası və retinal damar patologiyalarının müalicəsində geniş tətbiq olunan effektiv terapiya üsuludur. Bu müalicə metodu torlu qişada patoloji damarların proliferasiyasını və ekstravazasiya nəticəsində yaranan ödəmi azaldaraq, xəstələrin görmə funksiyasının qorunmasına və vizual reabilitasiyasına mühüm töhfə verir.

 

Qeyd edək ki, tibb müəssisəsində Avastin inyeksiyası ilə yanaşı, oftalmoloji əməliyyatlar - katarakta, qlaukoma, çəplik (şaqul göz pozğunluğu), pterigium (göz ağında ət böyüməsi), entropion və ektropion (göz qapağının içə və çölə dönməsi), xalazion (göz qapağında kist və ya iltihab) da icra olunur.

 

Məlumat üçün bildirək ki, Yevlax Rayon Mərkəzi Xəstəxanası da daxil olmaqla, TƏBİB-in bütün tabeli tibb müəssisələrində icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən göz xəstəliklərinin müayinə və müalicəsi ödənişsiz qarşılanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır