“Sağlamlığa doğru qaç”: Bu dəfə səhiyyə işçiləri yarışdılar
19.05.2025 14:04

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun dəstəyi ilə Şamaxı rayonunda səhiyyə işçiləri arasında “Sağlamlığa doğru qaç” adlı qaçış layihəsinin növbəti mərhələsi təşkil olunub.

 

Aztibb.az-a Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqından verilən xəbərə görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Sonra Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Yarışda Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ, Şəki, Balakən, Zaqatala, Oğuz və Qax rayonlarının Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) şura üzvləri, eləcə də Şəki Tibb Kollecinin tələbələri olmaqla, ümumilikdə, 140 nəfər iştirak edib.

 

Sonda qadın və kişi iştirakçılar arasında ilk üçlükdə yer alanlara diplom, medal və hədiyyələr təqdim olunub. Qaliblər iyunun 8-də Xankəndi şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

 

Tədbirin bədii hissəsində “Şamaxı təranələri” qrupu və uşaqlardan ibarət ansamblın ifaları səsləndirilib.

 

17 İyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunan layihənin əsas məqsədi səhiyyə işçilərinin fiziki sağlamlığının təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulmasıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır