Hər gün yumurta yesək, nə baş verər?
25.05.2025 08:30

Kaliforniya Universitetinin alimləri gündəlik qida rasionunda yumurta istehlak edənlərin sağlamlıq vəziyyətini araşdırıblar. Mütəxəssislər bu qidanın xüsusilə qadınların idrak funksiyalarına müsbət təsirini müəyyən ediblər.

 

Aztibb.az-ın xəbərinə görə, araşdırmada 55 yaşdan yuxarı 890 nəfər iştirak edib və onların qidalanma vərdişləri ilə yaddaş, diqqət, digər beyin funksiyaları arasındakı əlaqə öyrənilib. Müntəzəm olaraq yumurta yeyən qadınlarda semantik yaddaş və idrak funksiyalarının azalmasına daha nadir halda rast gəlinib. Kişilərdə bu cür birbaşa əlaqə aşkar edilməsə də, yumurta qəbulunun beyin funksiyalarına yaxşı təsir göstərdiyi sübut edilib. Bu nəticələr yumurtanın zehni fəaliyyətin qorunmasında mühüm rol oynaya biləcəyini göstərir.

 

Bəzi tənqidlərə baxmayaraq, ekspertlər qeyd ediblər ki, yumurtanın yüksək xolesterin tərkibi əksər insanlar üçün təhlükəli deyil. Onlar yumurtanın müntəzəm istehlak edilməsinin sağlamlıq üçün vacib olduğunu bildiriblər. Gündə 1-2 yumurta yemək beyin üçün faydalı və təhlükəsiz hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır