Optik eynəklər tarixə qovuşur
19.05.2025 13:26

Çox yaxında optik eynək və kontakt linzalar tarixə qovuşa bilər.

 

Aztibb.az xəbər verir ki, Cənubi koreyalı alimlər oftalmologiyada inqilab edərək zədələnmiş göz toxumasının təbii bərpa prosesini işə salan eksperimental dərman - "göz eliksiri" hazırlayıblar.

 

Görmə itkisi müasir tibdə ən çox yayılmış və mürəkkəb problemlərdən biridir. Müxtəlif xəstəliklər, xəsarətlər və ya yaşla bağlı dəyişikliklər görmənin geri dönməz şəkildə pisləşməsinə, hətta tam korluğa səbəb ola bilər. İndiyə qədər bu istiqamətdə əsas müalicə üsulları korreksiya (eynək, kontakt linzalar), cərrahi müdaxilə və ya xəstəliyin gedişatını ləngitməyə yönəlmişdir.

 

Lakin bu dəfə tədqiqatçılar problemi kökündən həll etmək üçün xüsusi olaraq Prox1 zülalına yönəlmiş unikal dərman hazırlayıblar. Tədqiqatlar göstərib ki, məhz bu zülal müəyyən şərtlər altında tor qişanın sinir hüceyrələrinin özünü bərpa qabiliyyətinə maneə törədə bilər. Mütəxəssislər yeni dərmanı tətbiq etməklə zülalın fəaliyyətini bloklayıblar. Bu, gözün öz hüceyrələrinə zədələnmiş retinanın bərpası prosesini işə salmağa imkan verib. Dərman siçanlar üzərində uğurla sınaqdan keçirilib. İnsanlar üzərindəki klinik sınaqlar da uğurlu olarsa, bu, qlobal tibbə böyük təsir edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır