Diqqət niyə dağılır? - ARAŞDIRMA  
19.05.2025 12:29

Müasir dövr insanının qarşılaşdığı əsas problemlərdən biri diqqət dağınıqlığıdır. “Northvestern Medicine”in psixiatrı Mixael Ziffra və digər mütəxəssislərin fikrincə, texnologiyanın sürətli inkişafı, informasiya bolluğu və sosial media ilə fasiləsiz qarşılıqlı təmas beynimizin təbii diqqət dövrlərini pozur.

 

Aztibb.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırmalara görə, insanın bir ekrana diqqət saxlaya bilmə müddəti 2004-cü ildəki 2,5 dəqiqədən bu gün cəmi 47 saniyəyə enib.

 

M.Ziffra bildirir: “Xəstələrim tez-tez bu vəziyyətlə bağlı acizlik hiss edirlər, lakin diqqəti yaxşılaşdırmaq mümkündür. Uzunmüddətli diqqət və zehni çevikliyin inkişafı üçün bir sıra sadə və tətbiq edilə bilən strategiyalar mövcuddur”.

 

Diqqət niyə dağılır? Diqqətin dağılması insan beyninin təkamül xüsusiyyətidir. Keçmişdə təhdidləri tanımaq üçün ətraf mühitə sürətli reaksiya vermək həyati əhəmiyyət daşıyırdı. Bu gün isə xəbər bildirişləri, e-poçt siqnalları və sosial media paylaşımları diqqətimizi kəsir və beyni “dəyişiklik ovçusuna” çevirir.

 

Viskonsin Universitetinin klinik psixoloqu Steysi Nay qeyd edir ki, COVID-19 pandemiyası insanların zaman qavrayışını pozub və ekran qarşısında keçirdikləri müddəti artırıb.

 

Bəs diqqəti necə bərpa etmək mümkündür?

1. Aktiv fasilələr vermək. Mütəxəssislər “aktiv fasilələr”in diqqəti bərpa etmək üçün ən yaxşı üsullardan olduğunu deyirlər. Bu fasilələr qısa müddətli gəzinti, otaq dəyişmək, meditasiya, qısa əmək fəaliyyəti və ya dostla söhbət kimi passiv olmayan fəaliyyətlər ola bilər. Miçiqan Universitetindən koqnitiv nevroloq Sindi Lastiq xəbərdarlıq edir ki, telefonla passiv vaxt keçirmək beyni stimullaşdırmır. O, bildirişlərin söndürülməsini və “narahat etmə” rejiminin istifadəsini tövsiyə edir.

2. “Çoxtapşırıqlılığa” son vermək. Eyni anda bir neçə işi yerinə yetirmək effektiv görünə bilər, lakin beyin üçün yorucudur və nəticədə diqqətin səviyyəsini azaldır. Doktor Nay “tək bir vəzifəli olun” prinsipinə üstünlük verir və bir tapşırıq üzərində təyin olunmuş vaxt ərzində fokuslanmağı məsləhət görür: 25 dəqiqə işləmək və sonra 5 dəqiqəlik fasilə vermək. Bu yanaşma diqqəti cəmləməyə və işi daha məhsuldar etməyə kömək edir.

3. Məqsədyönlü fəaliyyətlərlə başlamaq. Fokuslanmanı bərpa etmək üçün marağa uyğun fəaliyyətlər seçmək lazımdır. Lastiq sırf əyləncə üçün deyil, bacarıqları inkişaf etdirməyə yönəlmiş hobbilərin diqqətə daha çox töhfə verdiyini vurğulayır. Məsələn, musiqi alətində ifa etməyi öyrənmək və ya idmanda müəyyən bir hədəfə çatmaq bu baxımdan faydalı ola bilər.

4. Diqqətlə bağlı məşq etmək. M.Ziffra bildirir: “Diqqət əzələ kimidir – məşq etməsək zəifləyir, məşq etdikdə isə güclənir”. Ən əsası bu məşqləri davamlı və məqsədli şəkildə etməkdir. Daha çətin tapşırıqlara keçməzdən əvvəl diqqətinizi saxlaya biləcəyiniz asan fəaliyyətlərlə başlamaq motivasiyanızı artıracaq.

 

Müasir həyatın diqqətimizi cəlb edən saysız işlərə baxmayaraq, diqqət bacarığını təkmilləşdirmək mümkündür. Mütəxəssislər zehni istirahət, məqsədyönlü idman, texnoloji məhdudiyyətlər və tək tapşırıq fokuslu iş rejimi ilə hər bir fərdin daha dayanıqlı və fokuslanmış zehnə sahib ola biləcəyini bildirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır