Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib
18.05.2025 10:54

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq uyğun olaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2025-ci il üçün Tədbirlər Planı”na uyğun olaraq Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2025-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda növbəti tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik bazası”, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Korrupsiya ilə mübarizənin səhiyyə üçün zərurliyi” və Mərkəzi Gömrük Hospitalının Planlaşdırma və Marketinq şöbəsinin marketinq üzrə mütəxəssisi Salva Rüstəmova “Hospitaldaxili proqram təminatında aparıla biləcək qanunsuz müdaxilələrin qarşısının alınması” mövzularında çıxış ediblər.

 

Məruzəçilər çıxışlarında “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda əks olunmuş müvafiq müddəaların tibb müəssisələrində tətbiqindən, xüsusilə də səhiyyə sektorunda şəffaflığın artırılması və ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıblar. Xidmətlərin göstərilməsi, dərman və tibbi ləvazimatların qeydiyyatı kimi sahələrdə mümkün sui-istifadə hallarının qarşısının alınması, bu proseslərin hüquqi və etik çərçivədə aparılmasının vacibliyi tədbirin əsas vurğularından olub. Tədbir iştirakçıları, həmçinin, korrupsiyaya qarşı effektiv mübarizənin yalnız hüquqi tənzimləmə ilə deyil, eyni zamanda hər bir əməkdaşın şəxsi məsuliyyət və vicdanlı davranışı ilə mümkün olduğuna xüsusi diqqət çəkiblər.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub