Region xəstəxanalarında reanimotoloji-anestezioloji xidmətlərin keyfiyyətinin artırılması məqsədilə keçirilən təlimlərin birinci mərhələsi başa çatıb
16.05.2025 15:16

TƏBİB-in İcraçı direktorunun tapşırığına əsasən tabeli tibb müəssisələrində reanimotoloji-anestezioloji xidmətlərin gücləndirilməsi məqsədilə Yeni Klinikada təşkil olunan təlimlərin birinci mərhələsi uğurla başa çatıb.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən bildirilib.

 

TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə həyata keçirilən təlimlərdə iştirak edən tibbi heyət yekun qiymətləndirmədən keçərək sertifikatlar əldə ediblər.

 

Təlim proqramının əsas məqsədinin bölgələrdə reanimasiya və anesteziologiya sahəsində fəaliyyət göstərən tibb personalının praktiki bacarıqlarını inkişaf etdirmək və beynəlxalq standartlara uyğun müasir yanaşmaların tətbiqini təşviq etmək olduğunu bildirən E.Qasımov bu cür proqramların keçirilməsinin və davamlı tədris mühitinin yaradılmasının vacibliyini qeyd edib. O, bu təşəbbüsün ölkə üzrə reanimotoloji və anestezioloji xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıb.

 

Təşkil olunan təlimlərin önəmindən danışan Yeni Klinikanın direktoru Barat Yusubov bildirib ki, bu proses reanimotoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsinə, pasiyent məmnuniyyətinin artırılmasına və tibbi heyətin peşəkar inkişafına imkan yaradacaq.

 

Qeyd edək ki, təlimlərin ilk mərhələsində Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarının Reanimasiya-anesteziologiya şöbəsində çalışan 7 həkim və 19 orta tibb işçisi iştirak edib. Onlar Yeni Klinikanın Reanimasiya və anesteziologiya şöbəsində praktiki və nəzəri biliklərini artırmaqla yanaşı, TƏBİB Akademiyasında təşkil olunan seminar və təlim sessiyalarına da qoşulublar.

Nəzərdə tutulan təlim dövründə şöbə müdiri Emil Qasımov, anestezioloq-reanimotoloq Mayıl Sədiyev, həkim-rezident Nurlana Hüseynova, Reanimasiya şöbəsinin böyük tibb bacısı Gülşən Allahverdiyeva tərəfindən müxtəlif mövzularda təlim və seminarlar təşkil olunub.

 

Xatırladaq ki, bölgələrdə göstərilən reanimotoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsi, pasiyent məmnunluğunun artırılması və tibbi heyətin peşəkarlığının inkişafı etdirilməsi məqsədilə keçirilən təlimlərə TƏBİB tabeliyində fəaliyyət göstərən digər tibb müəssisələrinin də cəlb olunması nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır