Naxçıvanda bir sıra səhiyyə müəssisələrinə baxış keçirilib
16.05.2025 15:11

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində bir sıra səhiyyə müəssisələrinə baxış keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, qonaqlar əvvəlcə Dəstək Mərkəzi, Çağrı Mərkəzi və Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında yeni yaradılan Təcili Tibbi Yardım Şöbəsində yaradılan şəraitlə tanış olublar.

 

Səfər zamanı Naxçıvan Muxtar Respublikasının Təcili Tibbi Yardım Xidmətinə də baxış keçirilib, burada tətbiq edilən elektron idarəetmə sistemi və göstərilən xidmətlərin operativliyi ilə bağlı yeniliklər təqdim olunub. Daha sonra nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Xəstəxanasında şəhidlərin adlarını daşıyan yeni təlim otaqları, xəstəxananın konfrans zalı və yaxın zamanda fəaliyyətə başlayacaq Psixoloji Sağlamlıq Mərkəzi ilə tanış olublar.

 

Səfər çərçivəsində, həmçinin yeni yaradılan və dializ xəstələrinin müasir standartlara uyğun şəkildə tibbi xidmətlə təmin olunmasına imkan verəcək Hemodializ Mərkəzinə də baxış keçirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır