“Travmatologiya və ortopediyada müasir texnologiyaların tətbiqi” adlı konfrans keçirilib
16.05.2025 09:46

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda “Travmatologiya və ortopediyada müasir texnologiyaların tətbiqi” adlı konfrans keçirilib.

 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə travmatologiya və ortopediya sahəsində tibbin inkişaf tempinə uyğun olaraq texnologiyaların hansı dərəcədə inteqrasiya edildiyi və yeniliklər müzakirə olunub.

 

Konfransda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktoru, dosent Rüstəm Talışinski bildirib ki, tədbirin əsas məqsədi travmatologiya və ortopediyada tətbiq olunan müasir texnologiyaların praktiki istifadəsi, onların klinik nəticələri və qarşıya çıxan çətinliklərin elmi şəkildə müzakirə edilməsidir. Baş direktor vurğulayıb ki, bu kimi tədbirlər türkdilli dövlətlərin həyata keçirdiyi birgə əməkdaşlıq layihələri çərçivəsində gerçəkləşir. Bu xüsusda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Ankarada fəaliyyət göstərən Etlik Şəhər Xəstəxanasının Travmatologiya və Ortopediya bölməsi ilə əməkdaşlıq edir, gələcəkdə də bu kimi konfransların birgə həyata keçirilməsi planlaşdırılır.

 

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov Türkiyədən gələn qonaqları təqdim edib. Baş həkim müasir avadanlıqların istifadəsi zamanı yaranan texniki çətinliklərin və problemlərin həlli üçün bu cür konfransların keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, travmatologiya və ortopediya sümük-oynaq sisteminin travmatik zədələnmələrinin, degenerativ dəyişikliklərinin və anadangəlmə qüsurların diaqnostika və müalicəsini əhatə edir. Sürətli diaqnostika, vaxtında müdaxilə və funksional bərpanın təmin olunması xəstənin həyat keyfiyyətini birbaşa müəyyən edir.

 

Konfransdan sonra canlı olaraq 37 yaşlı xəstənin üzərində bud sümüyünün sınığının intramedulyar osteosintezi cərrahi əməliyyatı icra edilib. Əməliyyat yerli cərrahlar tərəfindən interaktiv şəkildə konfrans keçirilən zalla canlı olaraq paylaşılıb. Tədbirin davamında ikinci əməliyyat icra olunub.

 

Konfransın yekununda Azərbaycanda rast gəlinən ağır travmalı xəstələrin cərrahi əməliyyatları Türkiyədən gələn cərrahlar və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun peşəkar həkimləri tərəfindən ətraflı müzakirə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub