TƏBİB onlarla Anlaşma Memorandumu imzalayıb
15.05.2025 12:35

TƏBİB, “Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar” İctimai Birliyi, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi və “Azərbaycan Təlim və İnkişaf Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın qurulması istiqamətində Anlaşma Memorandumu imzalanıb.

 

Memorandumun imzalanması zamanı səhiyyə sahəsində müasir idarəetmə və innovativ yanaşmaların yayılması, tərəflər arasında koordinasiyalı fəaliyyətin və informasiya mübadiləsinin gücləndirilməsi, eləcə də yaxın və uzunmüddətli dövrdə birgə layihə və proqramların hazırlanaraq həyata keçirilməsi məsələləri müzakirə olunub.

 

Məqsəd tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində qoyulmuş hədəflərə çatmaq üçün bütün tərəflərin səylərinin birləşdirilməsi, vətəndaş məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.

 

Qeyd edək ki, imzalanan sənədlərə əsasən bundan sonra icrası nəzərdə tutulan proqram və layihələr qarşılıqlı razılıq əsasında həyata keçiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib