Beynəlxalq Ailə Günü ilə əlaqədar regionlarda yaşayan həssas ailələr üçün tibbi müayinələr təşkil olunub - TƏBİB
15.05.2025 12:00

15 May – Beynəlxalq Ailə Günü ilə əlaqədar TƏBİB-in təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə regionlarda yaşayan həssas ailələr tibbi müayinələrə cəlb olunub.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, tibbi müayinələr çərçivəsində Hacıqabul, Sabirabad, Saatlı və Ağdam rayon mərkəzi xəstəxanalarında həssas ailələrin müayinələri təşkil olunub.

 

Hər regionda 25 ailə olmaqla, ümumilikdə 100 ailənin sağlamlıq vəziyyəti yoxlanılıb, laborator-poliklinik müayinələr peşəkar həkimlər tərəfindən icra edilib, ailələrə fərdi tibbi məsləhətlər verilib.

 

Qeyd edək ki, Beynəlxalq Ailə Günü ərəfəsində Azərbaycanın bütün bölgələrini əhatə edən tədbirlərin keçirilməsində məqsəd ailə dəyərlərini ön plana çəkməklə, cəmiyyətin əsas dayağı olan sağlam ailələrin formalaşmasına dəstək vermək, eyni zamanda cəmiyyətin diqqətini ailə sağlamlığına yönəltməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır