Barmaqlarımız suda niyə qırışır?
18.05.2025 14:46

ABŞ-ın Binghamton Universitetinin alimləri maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər.

 

Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of the Mechanical Behavior of Biomedical Materials" (JMBBM) jurnalında dərc olunub.

 

İndiyə qədər qırışların sadəcə suyun dəriyə hopması və onun şişməsi nəticəsində meydana gəldiyi düşünülürdü. Lakin yeni araşdırmanın nəticələri göstərib ki, bu, təkcə mexaniki təsirin nəticəsi deyil. Barmaqlarda qırışların hər insanda eyni qaydada əmələ gəlməsinin əsas səbəbi qan damarlarının xüsusi düzülüş formasıdır. Araşdırma zamanı iştirakçılar barmaqlarını 30 dəqiqə ərzində suda saxlayıblar. 24 saat sonra eyni prosedur yenidən təkrarlanıb. Müqayisələr nəticəsində məlum olub ki, barmaqlarda yaranan qırışların forması hər iki halda tamamilə eynidir. Alimlərin fikrincə, bu sabitlik qan damarlarının strukturunun dəyişməməsi ilə bağlıdır. Damarlar öz yerlərini dəyişmədiyi üçün qırışlar da eyni naxışla formalaşır. Ən maraqlı məqam isə odur ki, orta siniri zədələnmiş şəxslərdə ümumiyyətlə belə qırışlar yaranmır. Alimlər hesab edirlər ki, bu kəşf kriminalistika və tibbdə yeni imkanlar aça bilər. Məsələn, uzun müddət suda qalmış meyitlərdə belə barmaq izlərini müəyyən etmək mümkün ola bilər.

 

Tədqiqatçılar bu mexanizmin biometrik texnologiyalar və tibb sahəsində başqa hansı praktik faydalar verə biləcəyini araşdırmaq üçün elmi işlərini davam etdirməyi planlaşdırırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır