Gələcək keçmiş zamana təsir edirmiş
15.05.2025 16:43

Elm adamları ictimaiyyətdə böyük ajiotaj yaradacaq maraqlı bir nəzəriyyə irəli sürüblər. Onlar gələcəkdə verdiyimiz qərarların keçmiş zamandakı hadisələrə təsir göstərə biləcəyini iddia edirlər. Bu isə səbəb-nəticə əlaqəsinin ənənəvi anlayışına meydan oxuyur.

 

Aztibb.az xəbər verir ki, indiyə qədər düşünülürdü ki, bütün hadisələr yalnız bir istiqamətdə - keçmişdən gələcəyə doğru baş verir. Yəni seçimimiz yalnız onu etdikdən sonra qüvvəyə minir. Lakin tədqiqatçılar hesab edirlər ki, əslində bizim gələcək qərarlarımız daha əvvəl baş verən hadisələrə təsir edə bilər. Müasir zaman anlayışı səbəb-nəticə əlaqəsini nəzərdə tutur: Bir səbəb müəyyən nəticələrlə bitən hadisələri doğurur. Bu hadisələr ardıcıllıqla keçmişdən gələcəyə doğru inkişaf edir. Qəbul etdiyimiz qərarların nəticələrini gələcəkdə görürük və onlar artıq baş vermiş hadisələrə təsir göstərə bilməz. Lakin alimlərin fikrincə, bu, mümkün ola bilər. Fiziklər yeni nəzəriyyəni retrosəbəblik (retrocause) adlı hadisəni araşdıraraq irəli sürüblər. Araşdırmaya əsasən sonrakı qərarlar əvvəlki qərarları görünməz şəkildə idarə edə bilər. Alimlər hesab edirlər ki, əgər retrosəbəblik anlayışı doğrudan da mövcuddursa, o zaman onu xüsusi qurğularla idarə olunan şəraitdə aşkar etmək mümkündür. Zamanın geriyə doğru hərəkətini nəzərə almağa çalışan riyazi strukturlar da var. Tədqiqatçılar düşünürlər ki, əgər gələcəyin indiki zamanla qarşılıqlı əlaqəsini daha dərindən öyrənsələr, bu, tamamilə yeni texnologiyaların yaradılması üçün imkanlar aça və kvant fizikası ilə bağlı bəzi sirləri aydınlaşdırmağa kömək edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır