Anemiya nədir və niyə yaranır?
16.05.2025 08:28

Anemiya qanda hemoqlobinin və ya qırmızı qan hüceyrələrinin azalmasıdır. Bu, orqanizmin toxumalarına kifayət qədər oksigen çatmamasına səbəb olur.

 

Aztibb.az xəbər verir ki, anemiyanın əsas simptomları aşağıdakılardır:
Yorğunluq və halsızlıq;
Tez nəfəs alma;
Başgicəllənmə;
Dəri solğunluğu;
Ürək döyüntüsündə artım;
Saç tökülməsi, dırnaq kövrəkləşməsi.

 

Əsas səbəblər:
Dəmir çatışmazlığı;
B12 vitamini və fol turşusu əskikliyi;
Qan itkiləri (aybaşı, əməliyyat, xora və s.);
Xroniki xəstəliklər (böyrək, iltihabi xəstəliklər və s.)

 

Nə etməli?
Qan analizləri ilə diaqnoz qoyulur.
Səbəbə uyğun müalicə aparılır: dəmir preparatları, vitaminlər və s.

 

Qidalanmaya diqqət edin:
Qırmızı ət, qaraciyər;
Yaşıl yarpaqlı tərəvəzlər;
Yumurta, paxlalılar;
C vitamini (dəmirin sorulmasını artırır).

 

Uzunmüddətli halsızlıq, solğunluq və tez yorulma varsa, həkimə müraciət edin. Anemiya müalicə edilə bilən bir vəziyyətdir!

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”