ATU-da tədris hissə müdirləri ilə görüş olub
15.05.2025 16:44

Azərbaycan Tibb Univeristetində tədris ilinin yekunlaşması, qarşıdakı imtahan sessiyalarının keçirilməsi, planlaşdırılan digər tədbirlərlə bağlı müzakirələrin təşkili məqsədilə tədris hissə müdirlərinin iştirakı ilə görüş keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, Tədris departamentin rəhbəri, dosent Kamandar Yaqubov ali məktəbdə mayın 30-da son dərs günü olacağını xatırladıb. O, qarşıdakı imtahan sessiyasının cəvdəllərinin artıq universitetin rəsmi saytında yerləşdirildiyini, həmçinin kafedralara elektron formada göndərildiyini qeyd edib. K.Yaqubov imtahanların formatı, həmçinin kollokviuma daxil olan sualların tərtibatı və cari problemlər haqqında danışıb. Görülən tədbirlər sayəsində apelyasiya şikahyətlərinin sayının ildən-ilə azaldığını da vurğulayıb. Departament rəhbəri təkrar dinləmə qrupplarında dərs keçən müəllimlərin fəaliyyətindən də danışıb.

 

Tədris departamentin rəhbəri, dosent Kamandar Yaqubov ATU-da keçirilən Tibb Festivalında müzakirə edilən mözvuların və təqdim edilən məruzələrin əhəmiyyətini vurğulamaqla yanaşı, 26 may tarixində Hərbi Tibb Fakültəsinin 25 illik yubileyinə həsr olunmuş tədbirin planlaşdırılması barədə iştirakçılara məlumat verib.

 

Görüşdə bakalavr və magistratura proqramlarında baş vərəcək dəyişiliklər haqqında da məlumat verilib. K.Yaqubovun sözlərinə görə, bu dəyişiliklər ATU-da tədris olunan ixtisasların dünya standartlarına uyğunlaşmasını təmin edəcək.

 

Tədbirdə həmçinin, tələbələrin nizam-intizam qaydalarına əməl etməsi, davamiyyətlə bağlı problemlər, cari məsələlər müzakirə edilib, planlaşdırılan işlərlə əlaqədar suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır