Mürəkkəb uroloji əməliyyat uğurla icra olunub
15.05.2025 10:29

Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında nadir hallarda həyata keçirilən cərrahiyyə əməliyyatı icra olunub.

 

Bu barədə Aztibb.az-a Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev məlumat verib.

 

Onun sözlərinə görə, 59 yaşında qadın son bir il ərzində sol bel nahiyəsində daimi küt ağrılardan, sol böyrü üstə yata bilməməkdən şikayətlənirmiş: “Eyni zamanda, qan təzyiqi daim oynayır, hətta 180-190-a qalxaraq, birdən 100-ə düşürdü. Müayinələr nəticəsində xəstədə sol böyrəküstü vəzin dörd santimetrə yaxın törəməsi aşkar edildi. Onun laparoskopik, yəni qapalı üsulla əməliyyat olunması qərara alındı. 1 saat 18 dəqiqə davam edən əməliyyatda qan itkisi 20-30 qram, yəni sıfıra yaxın oldu və heç bir fəsad baş vermədi. Xəstə günyarım sonra kafi vəziyyətdə evə yazıldı”.

 

Professor bildirib ki, böyrəküstü vəzin əməliyyatı çox mürəkkəb sayılır: “Çünki bir tərəfdə qarın aortası, mədəaltı vəzin quyruğu, yuxarıda dalaq, sağda böyrəyin özü, bir sözlə, bu nahiyə çox təhlükəli yerdir. Onu da nəzərə çatdırım ki, bu əməliyyatla birgə narkozun idarə edilməsi kifayət qədər mürəkkəb prosesdir. Belə ki, böyrəküstü vəzin diseksiyası zamanı təzyiq bəzən 300-ə qədər yüksələ bilir. Əməliyyat zamanı başda Şöhrət Sultanov olmaqla anestezioloji idarəetmə də yaxşı təşkil olundu və heç bir problem yaranmadı”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib