Britaniyalı bioloqlar ürək əzələsinin əsasının formalaşmasını hüceyrə səviyyəsində izləyiblər  
14.05.2025 14:20

Britaniyalı alimlər embrion inkişafının ən erkən mərhələlərindən olan qastrulyasiya zamanı ürək əzələsinin əsasının necə formalaşdığını ilk dəfə ayrı-ayrı hüceyrələr səviyyəsində müşahidə etməyə nail olublar.

 

Aztibb.az www.ucl.ac.uk-a istinadla xəbər verir ki, London Universitet Kollecinin (UCL) mətbuat xidmətinin yaydığı məlumata görə, tədqiqat nəticəsində ürəyin formalaşmasına cavabdeh olan bir neçə fərqli hüceyrə qrupu aşkar edilib.

 

“Apardığımız təcrübələr göstərdi ki, gələcək ürək toxuması hüceyrələrinin ixtisaslaşması və miqrasiyasını idarə edən inkişaf proqramı əvvəllər düşündüyümüzdən xeyli tez işə düşür. Bu isə ürəyin formalaşması ilə bağlı təsəvvürlərimizi əsaslı şəkildə dəyişir. Görünür ki, bu hüceyrələrin xaotik hərəkətləri əslində gizli qanunauyğunluqlarla idarə olunur”, – deyə UCL-in baş elmi əməkdaşı Kenzo İvanoviç bildirib.

 

Bu nailiyyət yeni biovizualizasiya metodikası sayəsində əldə olunub. Metodika embrionun ilkin inkişaf mərhələlərində konkret hüceyrə tiplərinin hərəkətini izləməyə imkan verir. Bu isə, əsas funksiyalarına toxunmadan, embrion inkişafında mühüm rol oynayan ferment və zülallara işıqsaçan markerlərin birləşdirilməsi texnologiyası ilə mümkün olub.

 

Alimlər bunun üçün bu peptidlərin sintezini təmin edən genə xüsusi DNT ardıcıllığı əlavə ediblər. Bu ardıcıllıq hüceyrələrə toplanmış amin turşusu zəncirlərini iki müstəqil hissəyə ayırmağa imkan verir. Eyni üsulla ürək əzələsinin əsas zülallarından birini kodlaşdıran TNNT2 genini modifikasiya edərək qastrulyasiya zamanı bu genin hansı hüceyrələrdə və nə vaxt aktivləşdiyini izləyiblər.

 

Tədqiqat göstərib ki, ürəyin formalaşması prosesi erkən, qastrulyasiyanın ilk bir neçə saatı ərzində başlayır. Bu prosesə bir-biri ilə əlaqəli olmayan bir neçə hüceyrə qrupu cəlb olunur. Onlar ilkin inkişaf mərhələlərində ürəyin gələcək hissələrinin konkret yerlərinə doğru hərəkət etməyə başlayır və qulaqcıqları, mədəcikləri, qapaqları və orqanın digər hissələrini yaratmağa başlayırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır