Naxçıvanda ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tibbi avadanlıqlarla bağlı təlimlərə start verilib  
14.05.2025 10:15
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsasən regionda səhiyyə sisteminin modernləşdirilməsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu çərçivədə, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində bir sıra strateji layihələr uğurla icra olunub, o cümlədən ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib.
 
Proqramın hədəflərinə uyğun olaraq, regionlarda ilkin səhiyyə xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə 32 Ailə Sağlamlıq Mərkəzinin yaradılması, onların müasir tibbi avadanlıqlarla təchiz olunması istiqamətində məqsədyönlü tədbirlər görülüb. Mərkəzlərin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə genişmiqyaslı satınalmalar həyata keçirilib, xüsusilə ilkin diaqnostika və müayinələrin keyfiyyətini artırmaq üçün zəruri tibbi avadanlıqlar alınıb.
 
Bu məlumat Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilib.
 
Alınan tibbi avadanlıqlardan ultrasəs müayinə cihazlarının effektiv və düzgün istifadəsini təmin etmək məqsədilə bu gün Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkim və tibb heyəti üçün təlim təşkil edilib. Təlim “Medisoft” şirkətinin dəstəyi və Çindən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə həyata keçirilib. Proqram çərçivəsində müasir ultrasəs müayinə cihazlarının texniki xüsusiyyətləri, funksional imkanları və praktik tətbiqi barədə ətraflı məlumat verilib. Təlimin əsas məqsədi ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, diaqnostik imkanların genişləndirilməsi və səhiyyə işçilərinin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
 
Qeyd edək ki, bu təlimlər, alınan digər avadanlıqların istifadə qaydalarının öyrədilməsi məqsədilə mərhələli şəkildə təşkil ediləcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır