Yeni Klinikanın direktoru Türkiyədə beynəlxalq elmi tədbirdə çıxış edib  
14.05.2025 09:39
Yeni Klinikanın direktoru Barat Yusubov Türkiyənin İstanbul şəhərində keçirilən “17-ci Çapa Nefroloji və Transplantasiya Günləri” adlı beynəlxalq elmi tədbirdə iştirak edib.
 
Aztibb.az-a Klinikadan verilən xəbərə görə, ənənəvi olaraq hər il baş tutan və dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislərin qatıldığı bu tədbir, nefrologiya və orqan transplantasiyası sahəsindəki ən son elmi yeniliklərin, müalicə protokollarının və klinik təcrübələrin müzakirə olunduğu mühüm platformadır. Bu ilki tədbirin əsas mövzu istiqamətləri arasında hemodializ və periton dializi üzrə aktual məsələlər xüsusi diqqət mərkəzində olub.
 
Tədbirdə çıxış edən Barat Yusubov, “Hemodializdə qızdırma” mövzusunda təqdimatla çıxış edərək, bu sahədəki klinik yanaşmalar və müasir müalicə metodları haqqında iştirakçılara ətraflı məlumat verib. O, həmçinin Yeni Klinikada tətbiq olunan beynəlxalq protokollara əsaslanan hemodializ xidmətləri istiqamətində görülən tədbirlər barədə təcrübəsini bölüşüb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib