“Həkimlərimizi tanıyaq!” rubrikası peşəkar təbiblərimizi tanıtmaqda davam edir!
14.05.2025 09:29

“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına zəngin iş təcrübəsinə malik peşəkar həkim, Masallı Rayon Mərkəzi Xəstəxanasının neonatoloqu İsmayılova Afaq Adil qızı haqqında məlumatları təqdim edirik.

 

Afaq İsmayılova 1958-ci ildə Bakı şəhərində doğulub. 1975-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olub, 1981-ci ildə həmin universiteti bitirib. 1982-ci ildə Bakı şəhər 5 nömrəli xəstəxanada internatura keçib, həmin ildən Sumqayıt Şəhər Xəstəxanasında sahə həkimi kimi fəaliyyətə başlayıb.

O, 1991-ci ildən 2023-cü ilə kimi Respublika Perinatal Mərkəzində həkim-neonatoloq vəzifəsində çalışıb. Dəfələrlə müxtəlif kurs və seminarlarda iştirak edib.


Afaq İsmayılova 2023-2024-cü illərdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında işləyib, 2025-ci ilin aprel ayından isə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim-neonatoloq kimi fəaliyyət göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır