Xeyriyyə aksiyasından istifadə edən jurnalistlərin sayı 154-ə çatıb  
13.05.2025 15:17

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsində mütəmadi olaraq xeyriyyə aksiyaları həyata keçirilir. Görmə qabiliyyəti zəif olan, bu və ya digər göz xəstəliklərindən əziyyət çəkən şəhid ailə üzvləri, qazilər, müharibə veteranları ödənişsiz olaraq müayinə və əməliyyat olunurlar.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, növbəti xeyriyyə aksiyaları “Modern” Media Qrupu ilə Azərbaycan Tibb Universitetinin ortaq sosial layihəsi çərçivəsində həyata keçirilib. Oftalmologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Qurban İsmayılov və “Modern”in rəhbəri Elşad Eyvazlının təşəbbüsü ilə baş tutan layihədən bu dəfə çoxsaylı media nümayəndələri yararlanıb. Bu il bir neçə dəfə təşkil olunan xeyriyyə aksiyalarında xeyli jurnalist müayinədən keçib, ehtiyac olan pasiyentlərin olanların üzərində cərrahiyyə əməliyyatı aparılıb.

 

Q.İsmayılovun verdiyi məlumata görə, bu il qərara alınıb ki, humanitar aksiya media nümayəndələrini əhatə etsin: “Ramazan bayramında 12 jurnalist eksimer lazer əməliyyat olundu. Azərbaycan oftalmologiyasının inkişafında müstəsna xidməti olmuş akademik Zərifə Əliyevanın doğum günündə - aprelin 28-də 65 jurnalist müayinədən keçdi, onlardan 12-nin üzərində müxtəlif göz əməliyyatları icra edildi.

 

Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş aksiyamızda müayinədən keçən jurnalistlərin cəmi sayı 154-ə çatdı. Onlardan 17 nəfər üzərində eksimer lazer cərrahi əməliyyatı aparıldı”.

 

Qeyd edək ki, tam ödənişsiz müayinə və əməliyyat olunmuş jurnalistlər ATU-nun rəhbərliyinə və başda Qurban İsmayılov olmaqla, Oftalmologiya şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər. Əlamətdar günlərdə yenə də bu tip aksiyaların davam etdirilməsi nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib