Tibb-də PR nədir?  
13.05.2025 12:32

İlk öncə PR ifadəsinə aydınlıq gətirim. PR ingilis dilində “Public relations”  ifadəsinin qısaltması olaraq Azərbaycan dilinə tərcümədə “İctimaiyyətlə əlaqələr” deməkdir. PR cəmiyyətlə effektiv ünsiyyət qurmaq və etimad yaratmaq məqsədilə aparılan sistemli kommunikasiya, eləcə də  məlumatlandırma, maarifləndirmə və qarşılıqlı əlaqələrin qurulması funksiyalarını yerinə yetirən bir fəaliyyət sahəsidir. Müasir PR fəaliyyəti yalnız informasiya ötürməkdən ibarət deyil – bu, strateji düşüncə, əlaqələrin qurulması və uzunmüddətli dəyər yaratmaq sənətidir. PR qurumun ictimaiyyət, tərəfdaşlar, media nümayəndələri və digər maraqlı tərəflərlə münasibətlərini strateji və planlı şəkildə təşkil etməyə və idarə etməyə xidmət edir.

 

Aztibb.az xəbər verir ki, PR fəaliyyətinin funksiyaları:
•Brendin tanınmasının artırılması və ictimai yaddaşda möhkəmləndirilməsi; 
•Brendə olan inamın və etibarlılığın artırılması;
•Müsbət imicin formalaşdırılması və davamlı olaraq qorunması;
•Cəmiyyət və pasiyentlərlə kommunikasiyaların qurulması;
•Böhran vəziyyətlərində reputasiyanın qorunması və bərpası;
•Müsbət ictimai imicin formalaşdırılması və davamlı olaraq qorunması;
•Müsbət informasiya mühitinin yaradılması və davamlı olaraq inkişaf etdirilməsi.

Bəs brendin tanınmasının artırılması və ictimai yaddaşda möhkəmləndirilməsi üçün nə etmək lazımdır?

1. Strateji hekayə quruculuğu üsulundan istifadə etmək. 
Bir brendin mahiyyətini, dəyərlərini və məqsədlərini cəmiyyətə ardıcıl şəkildə çatdırmaq üçün istifadə olunan PR metodudur. Bu, sadəcə faktların paylaşılması deyil, hekayə formatında auditoriyanın yaddaşında qalacaq və onlarda emosional reaksiya yaradacaq bir təqdimat üsuludur.

 

Strateji hekayə quruculuğunun əsas komponentləri
1.Mənşə hekayəsi:
– Brend necə yarandı? Hansı ehtiyaca cavab olaraq formalaşdı? 
2.Missiya və vizyon:
– Brend nə üçün mövcuddur? Cəmiyyətə və ya sektoruna necə töhfə verir?

 

Dəyərlər və emosional ton:
– Brend hansı prinsiplərə sadiqdir?
3.Real insanlar və hadisələr:
– Təsisçi, əməkdaş və ya pasiyent təcrübələrindən olan hekayələr. 

 

Strateji hekayə yazmaq üçün aşağıda qeyd olunmuş suallardan istifadə etmək olar
1.Başlanğıc nöqtəsi – haradan başladıq?
2.Motivasiya – niyə bu sahəni seçdik?
3.Əsas dəyərlər və məqsəd – biz nə üçün varıq?
4.Çətinliklər və uğurlar – hansı maneələri aşdıq?
5.Cəmiyyətə verdiyimiz töhfə – bizə görə uğur nədir?

 

Gələcəyə baxış – bundan sonra nə planlaşdırırıq?
Niyə strateji hekayə vacibdir?
Auditoriya ilə emosional bağ qurur
Brendi rəqiblərdən fərqləndirir
Mediya üçün maraqlı kontent yaradır
Daxili kommunikasiya üçün motivasiya vasitəsidir
(ardı var)

 

Dilarə Zaman, 
Mərkəzi Gömrük Hospitalının PR üzrə mütəxəssisi

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır