Sumqayıtda əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgisi təşkil olunub  
13.05.2025 09:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və 2 saylı Sumqayıt "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi təşkil olunub.

 

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Aztibb.az-a verilən məlumata görə, sərginin məqsədi əlilliyi olan gənclərimizin cəmiyyətə inteqrasiyası, onların yaradıcılıq potensialının dəstəklənməsi və ictimaiyyətə təqdim edilməsidir.

 

Satış-sərgidə Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə vərdişləri qazanan 18 nəfərin və hazırda peşə öyrənən bir qrup gəncin 700-ə yaxın əl işi nümayiş olunub.

 

“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan sərgidə 9 yaradıcı istiqamət (rəssamlıq, vitraj boya, toxuculuq, toxunma suvenir oyuncaqlar, bədii oyma, xalçaçılıq, dulusçuluq və s.) üzrə sənət nümunələri təqdim edilib.

 

Əlilliyi olan şəxslərin bacarıqlarının üzə çıxarılması, onların yaradıcılıq fəaliyyətlərinin stimullaşdırılması, maddi rifahına və sosial inklüziyasına dəstək göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyan satış sərgiləri mütəmadi olaraq təşkil edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır