Şamaxıda VII Azərbaycan-Alman-Türk-Özbək Tibb Konqresi keçirilib
13.05.2025 10:05

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və “Almaz Akademie” Tibbi Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə VII Azərbaycan-Alman-Türk-Özbək Tibb Konqresi və XIII Bakı Beynəlxalq Tibbi Təlim Günləri keçirilib.

 

Bu barədə Aztibb.az TƏBİB-ə istinadla xəbər verir.

 

Konqresdə ölkənin müxtəlif bölgələrindən və xarici ölkələrdən olan 150-yə yaxın müxtəlif ixtisaslı həkim və tibb mütəxəssisi, universitet rəhbərləri və professorlar iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov belə bir nüfuzlu tibbi tədbirin Şamaxıda keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib və minimal invaziv cərrahiyyə sahəsində qazanılan uğurlar haqqında danışıb.

 

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov çıxışında bildirib ki, bu cür beynəlxalq səviyyəli tədbirlər, xüsusən də regionlarda keçirilən tibbi təlim və konqreslər ölkədə səhiyyənin inkişafına və kadr potensialının gücləndirilməsinə mühüm töhfə verir. O qeyd edib ki, bu sahədə beynəlxalq əməkdaşlıq gələcək inkişafın əsas istiqamətlərindən biridir.

 

Tədbir çərçivəsində "Regionlarda minimal invaziv cərrahiyyənin inkişafı üçün nə etməli?" mövzusunda panel müzakirələr aparılıb, həkim-tibb bacıları üçün praktiki təlimlər təşkil olunub. Eyni zamanda Prof.dr Qurbanxan Müslümov, Prof.Dr. İslam Mahalov, t.ü.f.d Zaur Xəlilov, t.ü.f.d Tərverdi Rzayev, t.ü.f.d Fərid Rəfiyev, həkim Elnur Əkbərov və həkim İlham Kərimov tərəfindən laparoskopik, ümumi cərrahiyyə, ginekologiya, urologiya, diaqnostik, müalicəvi endoskopiya və invaziv radiologiya kimi sahələr üzrə məruzələr təqdim olunub.

 

Tədbirdə Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və “Almaz Akademie” tərəfindən TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Şamaxı RMX-nın direktoru İmran Qurbanov və xəstəxananın həkim-cərrahı Vüsal Sədrayevə tibbi təhsilin inkişafına verdikləri töhfəyə görə Təşəkkürnamələr təqdim olunub.

 

Sonda Azərbaycan, Türkiyə və Özbəkistan universitet və klinikaları arasında memorandum imzalanaraq, həkim kadrların hazırlanması, mövcud mütəxəssislərin ixtisasartırma proqramları, birgə elmi tədbirlər və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində memorandum imzalanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub