Tibb bacıları İİV-lə bağlı maarifləndirilib
12.05.2025 18:39

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə 2 nömrəli Bakı Baza Tibb Kollecində Bakı şəhəri və regionlardan peşə hazırlığına, təkmilləşdirmə kurslarına cəlb olunmuş 250-dək tibb bacısı İİV-lə bağlı maarifləndirilib, müayinə aksiyası keçirilib.

 

Bu barədə məlumat Aztibb.az-a RQMM-dan verilib.

 

Qeyd olunub ki, tədbir iştirakçılarına sağlamlığa ciddi təhlükə olan İİV (İnsanın İmmunçatışmazlığı Virusu) və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında məlumat verilib. RQMM-in mütəxəssisi Dilşad Mahmudova xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış edib. Həkim Azərbaycandakı mövcud epidemioloji vəziyyətə aydınlıq gətirib, tibb bacılarının qan nümunələri ilə təhlükəsiz davranışı məsələlərinə diqqət çəkib. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu xatırladılıb.

 

Mütəxəssisə ünvanlanan fərdi suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
Həmçinin təşkil edilən səyyar tibbi müayinə məntəqəsində tibb bacılarına İİV-ə ekspress-testdən keçmək imkanı yaradılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub