Sumqayıt Tibb Mərkəzinin bir qrup tibb bacısı Fəxri fərmanla təltif edilib  
12.05.2025 16:10

Sumqayıt Tibb Mərkəzində (STM) 12 May - Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, STM-nin direktoru Elnur Azadxanov tibb bacılarını təbrik edərək çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıb.

 

Direktor bildirib ki, rəhbərlik etdiyi tibb müəssisəsində tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edir.

 

Qeyd edib ki, ilkin tibbi təhsil almış şəfqət bacıları müalicə müddətində xəstələrlə ən çox ünsiyyətdə olan, həkim göstərişlərini yerinə yetirən peşə sahibləridir.

 

Tədbirdə, həmçinin bu günün tarixi haqqında geniş məlumat verilib, mahiyyətindən söhbət açılıb. Vurğulanıb ki, bu tarixin seçilməsi təsadüfi deyil və mayın 12-si ilk ingilis tibb bacısı Florens Haytingelin doğum günüdür.

 

Bildirilib ki, ilk azərbaycanlı şəfqət bacısı isə Nigar Şıxlinskaya olub. Məlumat verilib ki, o Birinci Dünya müharibəsi başlayanda yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Şəfqət xidməti”nin təşkilatçısı olub.

 

Tədbirdə çıxış edən Sumqayıt Tibb Kollecinin Tibb bacısı fakültəsinin tələbələri praktik fəaliyyətlərində yaradılan şəraitə görə STM rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

 

Sonda bir qrup tibb bacısı Fəxri fərmanlarla mükafatlandırılıb.

 

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində