Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi keçirilib  
12.05.2025 16:31

ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının I Beynəlxalq Konqresinin açılış mərasimi olub.

 

Aztibb.az xəbər verir ki, konqresin əsas məqsədi neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaları tətbiq etmək və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir.

 

Konqresdə ATU-nun Neyrocərrahiyyə kafedrasının müdiri, Azərbaycan Neyrocərrahlar Assosiasiyasının (ANEA) sədri Rövşən Xəlilzadə, TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, konqresin Təşkilat komitəsinin sədri Tural Rəhimli və Böyük Britaniyadan gəlmiş fəxri qonaqlar - həkim Andreas Demetriadis və Henri Marş çıxış ediblər.

 

Çıxış edənlər diqqətə çatdırıblar ki, Bakıda ilk dəfə tanınmış neyrocərrahların iştirakı ilə keçirilən konqres ölkə səhiyyəsində təbabətin bu sahəsində təcrübə və bilik mübadiləsini təmin etməklə yanaşı, mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsinə və neyrocərrahiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına xidmət edəcək, innovativ yeniliklərdən, müasir çağırışlardan xəbərdar olmaqda və onlara uyğunlaşmaqda faydalı rol oynayacaq. Konqresin gənc mütəxəssis və rezidentlərin bilik və bacarıqlarını artırmaq üçün unikal bir platforma olduğuna əminlik ifadə edilib.

 

Sonra “Kəllə əsası cərrahiyyəsi”, “Epilepsiya cərrahiyyəsi”, “Vaskulyar cərrahiyyə”, “Pediatrik neyrocərrahiyyə”, “Funksional cərrahiyyə”, “Neyroonkologiya”, “Neyroanatomiya”, “Spinal cərrahiyyə” bölmələrində müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub