Vitamin əlavələri optik sinirin zədələnməsini yavaşlada bilər - TƏDQİQAT  
12.05.2025 13:26

Qlaukomanın müalicəsində yeni ümidverici yanaşma vitamin əlavələri ilə bağlı aparılmış tədqiqat nəticələrinə əsaslanır. İsveçin Karolinska İnstitutunda aparılan araşdırma göstərir ki, müəyyən vitamin əlavələri optik sinirin zədələnməsini əhəmiyyətli dərəcədə yavaşlada bilər.

 

Aztibb.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, nəticələr nüfuzlu “Cell Reports Medicine” jurnalında dərc olunub və hazırda bu istiqamətdə klinik sınaqlara başlanılıb. Qlaukoma – görmə sinirinin tədricən zədələnməsi ilə müşayiət olunan bir xəstəlikdir və uzunmüddətli perspektivdə görmə itkisinə, hətta korluğa səbəb ola bilər. Ənənəvi müalicələr əsasən göz daxilində təzyiqi azaltmağa yönəlib (göz damcıları, lazer və ya cərrahiyyə üsulları), lakin bu yanaşmalar bütün xəstələr üçün eyni dərəcədə effektiv deyil.

 

Karolinska İnstitutunun tədqiqatçıları uzun müddət “homosistein” adlı maddənin qlaukoma ilə əlaqəsini araşdırıblar. Lakin yeni araşdırmalar bu maddənin xəstəliyin səbəbi deyil, onun nəticəsi ola biləcəyini ortaya qoyur. Gəmiricilər üzərində aparılan təcrübələrdə yüksək homosistemin səviyyələrinin qlaukomanın gedişatına birbaşa təsir etmədiyi müşahidə olunub. Eyni zamanda, insan nümunələri üzərində aparılan analizlərdə də bu maddənin xəstəliyin irəliləyiş sürəti ilə əlaqəli olmadığı təsbit edilib. Tədqiqatçılar sonra homosisteinlə əlaqəli metabolik yolları araşdıraraq müəyyənləşdiriblər ki, qlaukoma zamanı tor qişada (retinada) bəzi vitaminlərin utilizasiya qabiliyyətində pozğunluq yaranır. Bu lokal maddələr mübadiləsi dəyişiklikləri xəstəliyin inkişafında mühüm rol oynaya bilər. Xüsusilə B6, B9 (fol turşusu), B12 vitaminləri və xolin əlavələrinin istifadəsi ilə aparılan təcrübələr maraqlı nəticələr verib. Gəmiricilərdə bu vitamin əlavələri optik sinirin zədələnməsini əhəmiyyətli dərəcədə ləngitdi, bəzi hallarda isə tamamilə dayandırıb. Diqqətəlayiq hal odur ki, bu təsir göz təzyiqinin müalicəsi aparılmadan müşahidə olunub, bu da həmin vitamin kompleksinin fərqli mexanizmlə – yəni maddələr mübadiləsinin dəstəklənməsi yolu ilə təsir göstərdiyini güman etməyə əsas verir.

 

Tədqiqatın aparıcı müəlliflərindən biri, Karolinska İnstitutunun Neyrologiya şöbəsinin əməkdaşı James Tribble bildirir ki, əldə olunan nəticələr klinik sınaqlara başlamaq üçün yetərincə ümidverici olub. Artıq Stokholmda yerləşən St. Erik Göz Xəstəxanasında ilkin klinik sınaqlara start verilib. Sınaqlara birincili açıq bucaqlı qlaukoma və psevdoeksfoliasiya qlaukoması olan xəstələr cəlb olunub. Bu tədqiqat vitamin əsaslı yanaşmaların qlaukomanın müalicəsində əlavə və ya alternativ vasitə kimi potensialını göstərir və gələcək müalicə protokollarının formalaşmasında mühüm rol oynaya bilər. Klinik sınaqların nəticələri, göz xəstəliklərinin müalicəsində daha fərdi və metabolik əsaslı yanaşmaların tətbiqinə yol aça bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır