Sumqayıt Tibb Mərkəzində Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
10.05.2025 16:00

Sumqayıt Tibb Mərkəzində (STM) Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan STM-nin direktoru Elnur Azadxanov Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O, bildirib ki, Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də əsaslı islahatlar aparılıb, bu sahənin maddi-texniki bazası möhkəmləndirilib və əhalinin sağlamlığının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.

 

Direktor qeyd edib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Ulu Öndərin siyasi irsi böyük uğurla davam etdirilir, səhiyyə sahəsinin inkişafı dövlətin əsas prioritetlərindən biri olaraq qalır.

 

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, onun dövlətçilik irsini və səhiyyəyə verdiyi dəyəri əhatə edən videoçarx nümayiş olunub.

 

Videoçarxda Ulu Öndərin sağlamlıq, təhsil və sosial rifah sahələrinə verdiyi töhfələr xüsusi vurğulanıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub