Qubadlıda tibbi aksiya təşkil edilib
09.05.2025 08:47

“Konstitusiya və Suverenlik İli" çərçivəsində və Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü ilə əlaqədar Abşeron rayonu ərazisində "Stansiya Sumqayıt” adlanan ərazidə yerləşən şəhərcikdə tibbi aksiya təşkil edilib.

 

Qubadlı Rayon Mərkəzi Xəstəxanasının tabeliyindəki Mahruzlu həkim məntəqəsində keçirilən aksiyanın məqsədi əhalinin sağlamlığının qorunması, xüsusilə həssas təbəqələrin tibbi xidmətlərə əlçatanlığının artırılmasından ibarət olub.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan xəbər verilib.

 

Tibbi aksiya çərçivəsində Qubadlı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin pediatriya, terapiya, kardiologiya, nevrologiya, oftalmologiya və endokrinologiya sahələri üzrə peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.

 

Sakinlər onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır