Alimlər beynimizin düşündüyümüzdən daha ağıllı və çevik olduğunu ortaya çıxarıblar
09.05.2025 15:13

Stanford Universitetinin alimləri beynimizin düşündüyümüzdən daha ağıllı və çevik olduğunu ortaya çıxarıblar.

 

Aztibb.az xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, beynimiz öyrənərkən hər dəfə eyni yolu getmir, lazım gəldikcə fərqli yollar tapır və bu da onu daha ağıllı edir.

 

İndiyə qədər düşünülürdü ki, iki neyron eyni anda işləyəndə aralarındakı əlaqə güclənir və öyrənmə baş verir. Lakin yeni araşdırmanın nəticələrinə görə, beyin daha fərqli işləyir: eyni neyronun müxtəlif hissələri fərqli yollarla öyrənə bilir. Alimlər bunu siçanlar üzərində yoxlayıblar. Siçanlara tapşırıq veriblər və onların beynindəki dəyişiklikləri işıq saçan cihazlarla izləyiblər. Nəticədə məlum olub ki, beyindəki sinapslar (neyronların bir-birinə toxunduğu yerlər) eyni qaydada deyil, fərqli çalışır. Bu kəşf həm insanların öyrənmə və yaddaş anlayışını dəyişə, həm süni intellekt sahəsinə təsir edə, həm də depressiya kimi ruhi problemlərin daha yaxşı müalicəsinə yol aça bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır