Azərbaycanda 400 min nəfər talassemiya daşıyıcısıdır
08.05.2025 13:12

Hazırda Azərbaycanda 400 min nəfər talassemiya daşıyıcısıdır.

 

Aztibb.az xəbər verir ki, bunu Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova deyib.

 

Onun sözlərinə görə, 3 200 nəfər isə talassemiya xəstəsi kimi rəsmi qeydiyyatdadır.

 

S.İsmayılova əlavə edib ki, bu xəstəlikdə cins nisbəti bərabərdir, yaş aralığı isə xəstəliyin növünə görə dəyişə bilir:

 

"2015-ci ildən ölkədə nikaha daxil olan cütlüklərdən bu xəstəliyin analizləri tələb olunur. Elə bu müayinələr nəticəsində bəlli olub ki, əhalinin 4 faizi daşıyıcıdır".

 

Baş həkim bildirib ki, nəticlər onu deməyə əsas verir ki, iki daşıyıcı bir- biri ilə evlənərsə 25 faiz ehtimalla xəstə uşaq, 25 faiz ehtimalla sağlam, 50 faiz ehtimalla isə ana və ata kimi daşıyıcı doğulacaq:

 

"Qohum nikahlarına qoyulan məhdudiyyətlər də işimizi asanlaşdırır. Bildiyiniz kimi bir çox irsi xəstəliklərin başlıca səbəbi məhz qohum evlilikləri idi".

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır