Ölümcül göbələk xəstəliyi qlobal istiləşmə ilə yayıla bilər
09.05.2025 10:52

Mançester Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma göstərib ki, ölümcül "Aspergillus fumigatus" göbələk növü iqlim dəyişikliyi ilə birlikdə daha geniş ərazilərə yayıla bilər.

 

Aztibb.az TRT Haber-ə istinadən xəbər verir ki, bu növ insanlarda ciddi tənəffüs yolları infeksiyalarına səbəb olur və xüsusilə isti bölgələrdə – Afrika və Cənubi Amerikada geniş yayılıb. Mütəxəssislər göbələyin gələcəkdə Avropa və Asiya kimi daha soyuq bölgələrə doğru yayılacağını proqnozlaşdırır.

 

Tədqiqatda qeyd olunub ki, bu yayılma əsasən fosil yanacaqların istifadəsi və istixana qazı emissiyalarının artması ilə bağlıdır.

 

Araşdırmanın baş müəllifi Norman van Rhijn göbələk infeksiyalarının müalicəsinin "son dərəcə çətin" olduğunu bildirərək, vaxtında tədbir görülməsinin vacibliyini vurğulayıb.

 

Proqnozlara görə, bu göbələk növünün yayıldığı ərazi 2100-cü ilə qədər 77% arta bilər. Bu isə təkcə Avropada təxminən 9 milyon insan üçün sağlamlıq riski yaradacaq. Xüsusilə xroniki ağciyər xəstəlikləri olan və immun sistemi zəif şəxslərin daha diqqətli olması tövsiyə edilir

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır